RİİB və MEDİA könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dəstəyi ilə oktyabrın 3-də könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunub.
Təlimin fəxri qonağı olan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyinidən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Təlimçi “AzVision.az” saytının baş redaktoru, Real TV-nin siyasi şərhçisi və aparıcısı Vüsal Məmmədov “Media savadlılığı” mövzusunda nəzəri biliklərini və təcrübəsini könüllülərlə paylaşıb. Vüsal Məmmədov könüllülərə informasiyanın yaratdığı sosial reallıqdan, dezinformasiya ilə doğru informasiyanın ayırd edilməsi yollarından, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşmasından, həmçinin sosial mediadan düzgün istifadə qaydalarından danışıb.