Media Savadlılığı
nədir?

İnformasiyanın düzgün şəkildə axtarılması
İnformasiyanın təhlil edilməsi
İnformasiyanın tənqidi qiymətləndirilməsi
Statistik məlumatlar
keçirilmiş təlim
və tədbirlər
tədbir
İştirakçıları
media kampaniyalarının
hədəf kütləsi
Bildirilmiş rəylər
Təlim iştirakçıları tərəfindən sitatlar
Media savadlılığı mövzusunda təşkil edilən seminar mənim üçün çox faydalı oldu. Birincisi, bu, xəbərlərə və media məlumatlarına baxarkən tənqidi düşüncəmi inkişaf etdirməyə kömək etdi. Mən saxta xəbərləri və dezinformasiyaları aşkar etməyi öyrəndim. Bundan əlavə, seminar mənə müxtəlif mənbələri təhlil etmək və müqayisə etmək bacarığı qazandırdı ki, bu da mənə cari hadisələri və fərqli baxış nöqtələrini daha yaxşı anlamağa kömək etdi.
Sima Məlikova
4 oktyabr, 2021 Media savadlılığı mövzusunda RİİB və MEDİA könüllüləri üçün təşkil edilən seminarın iştirakçısı
Ötən il iştirak etdiyim "Media Savadlılığı" Konfransı mənim üçün sadəcə bir konfrans deyil, həm də maraqlı təcrübə idi. Biz gənclər olaraq bu təcrübədə bir daha anladıq ki, məlumat əldə etmək, dəqiq və etibarlı mənbələri qiymətləndirmək olduqca önəmli məsələdir. Düzgün informasiya istehlakçısı olaraq biz cəmiyyətə daha sağlam şəkildə töhfə verə bilərik.
Müşfiq Mehtiyev
9 dekabr, 2022 "Media Savadlılığı" Konfransının iştirakçısı
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə keçirilən “Media Savadlılığı” konfransında iştirak etdim. İnformasiya bolluğunda yaşadığımız üçün sosial platformalarda yayılan hər hansı məlumatın hansının doğru, hansının yalan olduğunu ayırd edə bilmək üçün media savadlı olmaq əhəmiyyətlidir. Təşkil olunan tədbirdə də məhz bu istiqamətdə fikirlər səsləndirildi.
Safura Bənnayeva
9 dekabr, 2022 "Media Savadlılığı" Konfransının iştirakçısı
İnformasiyanın bu qədər sürətli yayıldığı dövrdə bəzən eşitdiyimiz məlumatların hansının doğru və ya yalnış olduğunu seçə bilmirik. "MEDİA könüllüləri" proqramı çərçivəsində könüllülər üçün təşkil edilən təlimdə aldığımız informasiyanın düzgünlüyününün yoxlanması, hansı mənbələrdən istifadə etməyin etibarlı olması haqqında faydalı məlumatlar qazandıq. Bundan əlavə olaraq, Medianın İnkişafı Agentliyi media savadlılığı mövzusunda mütəmmadi olaraq təlimlər təşkil edir və bu da olduqca önəmlidir.
Nərgiz Abdulxaliqova
23 noyabr, 2022 MEDİA könüllüləri üçün təşkil edilən təlimin iştirakçısı
Media savadlılığı təlimi mənim üçün yadda qalan və maraqlı keçib. Saxta xəbərlərin aşkar edilməsi, onlara qarşı tədbirlərin görülməsi haqqında yeni biliklər qazandım. Seminar sayəsində mən gələcəkdə media sahəsində inkişaf etməyə və layihələr hazırlayıb icra etmək üçün ilk addım atmış oldum. Gənclər üçün belə fürsətı yaratdığı üçün Medianın İnkişafı Agentliyinə öz təşəkkürümü bildirirəm!
İradə Mustafayeva
11 noyabr, 2022 Media savadlılığı mövzusunda Quba rayonunda keçirilən təlimin iştirakçısı
01 / 05
Təlim və tədbirlər
Media savadlılığı mövzusunda keçirilən tədbirlərlə tanış olun!
"Media Savadliligi" Konfransi!

"Media Savadlılığı" Konfransı!

Medianın İnkişafı Agentliyi tərəfindən hər il mütəmadi olaraq "Media Savadlılığı" Konfransı təşkil edilir.
Daha ətraflı
Media savadliligi movzusunda kecirilen telimlerle tanis olun!

Media savadlılığı mövzusunda keçirilən təlimlərlə tanış olun!

İl ərzində media savadlılığı mövzusunda təlimlər, seminarlar və vörkşoplar təşkil edilir.
Daha ətraflı