Maarifləndirici təlimlər

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən müasir cəmiyyətdə məlumat etibarlılığının müəyyən edilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, xüsusilə məlumatların təsir əhatəsində olan və həssas istifadəçi qrupu hesab edilən gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçılarının məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq media savadlılığı mövzusunda təlimlər təşkil olunur.

Agentliyin 30-dan çox yerli və beynəlxalq təlimçilərin iştirakı ilə təşkil etdiyi müxtəlif təlimlərdə cari müddətə qədər 1500-ə yaxın media nümayəndəsi və gənclər iştirak etmişdir.

"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Media savadlılığı” mövzusunda təlimlər təşkil olunub
16 Dekabr 2025

"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Media savadlılığı” mövzusunda təlimlər təşkil olunub.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova qeyd edib ki, müasir dövrdə informasiyanın etibarlılığı məsələsi xüsusi aktuallıq kəsb edir və media savadlılığının təşviqi etibarlı informasiya məkanının formalaşdırılması baxımından vacib istiqamətlərdəndir.

“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı bildirib ki, media savadlılığı gənclərin informasiya axınında düzgün qərarvermə bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır və bu kimi təşəbbüslər onların rəqəmsal mühitdə daha məsuliyyətli mövqe tutmasına şərait yaradır.

Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli isə çıxışında gənclərin media savadlılığı sahəsində biliklərinin artırılmasının onların informasiya mühitində daha fəal və məqsədyönlü iştirakına, eləcə də dezinformasiyaya qarşı dayanıqlılığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.

"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün də təlim təşkil olunub. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən mövzuya dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktik nümunələr əsasında müzakirələr aparılıb.

Təlim zamanı Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin aparıcı mütəxəssisi Məmmədbağır Dünyamalıyev media savadlılığı, informasiya mənbələrinin etibarlılığı və rəqəmsal platformalarda yayılan məzmunun təhlili ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, keçirilən təlimlər gənclərin informasiya mühitində daha şüurlu və tənqidi yanaşma bacarıqlarının formalaşdırılmasına, eləcə də etibarlı informasiya məkanının təşviqinə töhfə vermək məqsədi daşı

yır.

“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Biləsuvar və Masallı rayonlarında sonuncu məlumatlandırıcı infosessiyalar təşkil olunub
13 Dekabr 2025

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Biləsuvar və Masallı rayonlarında sonuncu məlumatlandırıcı infosessiyalar təşkil olunub.

Biləsuvarda keçirilən tədbirdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin koordinatoru İsmayıl Ağacanlı və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı İlkin Əliyarlı rəqəmsal mühitdə artan informasiya axını fonunda gənclərin düzgün məlumatı seçmək, mənbələri qiymətləndirmək və onlayn platformalarda məsuliyyətli davranmaq bacarıqlarının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Masallıda baş tutan infosessiyada Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı İlkin Əliyarlı media savadlılığının artırılmasının gənclərin rəqəmsal təhlükəsizliyinin təmin edilməsinə və informasiya mühitinin daha obyektiv formalaşmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Hər iki infosessiya “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov tərəfindən media savadlılığı mövzusunda keçirilən maarifləndirici təlimlərlə davam etdirilib. Təlimlər zamanı iştirakçılara məlumatların doğruluğunun yoxlanılması yolları, vizual və mətn manipulyasiyalarının tanınması, süni intellektlə yaradılmış saxta kontentin müəyyənləşdirilməsi və sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib. Gənclər mövzu ilə bağlı suallar səsləndirərək müzakirələrdə iştirak ediblər.

“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Xankəndi şəhərində görüş keçirilib.
04 Noyabr 2025
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Xankəndi şəhərində görüş keçirilib.
Qarabağ Universitetində keçirilən görüşdə Medianın İnkişafı Agentliyinin əməkdaşı Aynur Zeynallı, “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı iştirakçıları salamlayaraq belə tədbirlərin gənclərin media savadlılığının artırılmasına, informasiya cəmiyyətində fəallıqlarının yüksəlməsinə və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər.
Daha sonra Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim media tarixindən, medianın əsas prinsiplərindən və əsas terminlərdən bəhs edərək iştirakçılara etibarlı məlumat mənbələrinin seçilməsi ilə bağlı praktik məsləhətlər verib.
Ümumtəhsildə media savadlılığının əhatə olunması məqsədilə müəllimlər üçün TOT seminarı keçilib
03 Noyabr 2025

Bu il növbəti dəfə təşkili planlaşdırılan “Media Savadlılığı” Həftəsinə hazırlıq çərçivəsində ümumtəhsildə media savadlılığının əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT seminarı keçilib.

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2022-ci ildən etibarən Agentlik tərəfindən davamlı və koordinasiyalı tədbirlər həyata keçirilir.

“Təhsildə media savadlılığı: beynəlxalq təcrübə və yerli tətbiq perspektivləri” mövzusunda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Azərbaycan Respublikası Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva qeyd edib ki, müasir dövrdə informasiya bolluğunun mövcudluğu bu məlumatları istehlak edən şəxslər üçün bir sıra ciddi risklər yaradır. Yeniyetmələrin, məktəblilərin həssas auditoriya olduğu nəzərə alınaraq, onların doğru və yalan informasiyanı ayırd etmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də məsuliyyətli və səriştəli media istehlakçısı və iştirakçısına çevrilməsi məqsədilə media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova “Saxta məlumatların müəyyənləşdirilməsi üsulları, etibarlı mənbəni necə tapmalı?” mövzusunda çıxış edərək informasiya mühitində manipulyativ məzmunların aşkarlanması, mənbələrin etibarlılığının yoxlanılması və xəbərin dəqiqliyinin qiymətləndirilməsi ilə bağlı müzakirə aparıb.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva “Media savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək pedaqoji yanaşmaların modernləşdirilməsinin, şagirdlərin analitik düşünmə və məlumatları düzgün qiymətləndirmə bacarıqlarının inkişafına yönəlmiş dərs modellərinin tətbiqinin vacibliyini vurğulayıb.

“Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı” mövzusunda təşkil olunan sessiyada isə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tərəfindən “rəqəmsal iz” anlayışının mahiyyəti, onun media savadlılığının əsas komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edilib. Diqqətə çatdırılıb ki, bu gün media ekosistemində hər bir istifadəçi təkcə məlumat istehlakçısı deyil, eyni zamanda məlumat istehsalçısı kimi çıxış edir və bu özlüyündə rəqəmsal məsuliyyət anlayışını daha da ön plana çıxarır.

ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, 10 ildən artıq akademik və peşəkar təcrübəyə malik, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Tiffany J. Bell “Yanlış narrativlərin aşkarlanması və mediada mesajları anlama” mövzusunda çıxış edib. O, dezinformasiya və manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə danışıb.

Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti Nərmin Osmanlı isə sosial medianın yeniyetmə və gənclərə psixoloji təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki psixoloji metodlar barədə danışıb. O, rəqəmsal mühitdə düzgün davranış modelinin formalaşmasında psixoloji faktorların nəzərə alınmasının, informasiyanın təsirlərinə qarşı dayanıqlılığın artırılmasının və tədris prosesinə psixoloji yanaşmaların inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Şamaxı şəhərində görüş keçirilib.
28 Oktyabr 2025
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Şamaxı şəhərində görüş keçirilib.
Görüşdə Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı tədbir iştirakçılarını salamlayaraq belə təşəbbüslərin gənclərin media bacarıqlarının inkişafına, informasiya cəmiyyətində onların iştirak imkanlarının genişlənməsinə və milli mətbuat ənənələrinin qorunması və təşviqinə əhəmiyyətli təsir göstərirdiyini qeyd ediblər.
Daha sonra Media və kommunikasiya üzrə beynəlxalq ekspert Tiffani Bell təlim keçərək süni intellektin yalan və manipulyativ məzmun yaratma imkanlarının informasiya təhlükəsizliyinə yeni çağırışlar formalaşdırdığını və gənclərin ayırdetmə bacarıqları ilə məlumatların etibarlılığını yoxlama vərdişlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.
“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib.
20 Oktyabr 2025
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib.
Görüşdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Əkbər Mikayılov, Gənclər Fondunun Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Təbriz Rzayev iştirakçıları salamlayaraq bu cür tədbirlərin gənclərin media savadlılığının artırılmasına, informasiya cəmiyyətində fəallıqlarının yüksəlməsinə və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər.
Daha sonra “Report” İnformasiya Agentliyinin cənub bürosunun müxbiri Asəf Əhmədov media tarixinin inkişaf mərhələləri, ictimai rəyin formalaşmasında informasiya vasitələrinin əhəmiyyəti və peşəkar jurnalistikanın əsas prinsiplərihaqqında bəhs edərək iştirakçılara etibarlı məlumat mənbələrinin seçilməsi ilə bağlı praktik məlumatlar verib.
Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.
“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib
10 Oktyabr 2025

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılması məqsədilə Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib.

Bakı şəhəri üzrə 16 ümumi təhsil müəssisəsində “Media savadlılığı” mövzusunda təlimlər təşkil edilib
20 Dekabr 2024

Medianın İnkişafı Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı şəhəri üzrə 16 ümumi təhsil müəssisəsində 1000-ə yaxın şagird üçün onların media savadlılığının artırılması, doğru informasiya əldə etmə bacarıqlarının inkişaf etdirilməsi və müasir media mühitində sorğulayıcı düşünmə qabiliyyətlərinin gücləndirilməsi “Media savadlılığı” mövzusunda təlimlər təşkil edilib.

Təlimlər zamanı Medianın İnkişafı Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Nuridə Dilanova bildirib ki, informasiya axınının sürətlənməsi və müxtəlif mənbələrdən yayılan məlumatların çoxluğu istifadəçilərin yanlış məlumatlarla qarşılaşma riskini artırdığından, xüsusilə, uşaq və yeniyetmələrin media savadlılığının yüksəldilməsi müstəsna əhəmiyyət daşıyır.

Ümumi təhsil müəssisələrində icra olunan proqram çərçivəsində Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin əməkdaşları Əkbər Mikayılov və Aynur Zeynallı tərəfindən şagirdlərə müxtəlif təqdimatlar vasitəsilə media savadlılığının mahiyyəti, informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və xəbərin tənqidi qiymətləndirilməsindən bəhs olunub, faktı və vizual materialları yoxlayan proqramlar barədə ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikasında könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim təşkil edilib
04 Oktyabr 2024

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən keçirilən təlimdə Naxçıvanda fəaliyyət göstərən könüllülər iştirak etmişdir.

Qeyd edək ki, keçirilən təlimin məqsədi
-gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi;
 -media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması;
-yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı bilik və bacarıqların aşılanması;
-cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.

Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.

Medianın İnkişafı Agentliyi və RİİB-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Media ayı”nın təlimləri davam etdirilir
13 İyun 2024

Növbəti təlimlər 13-20 iyun tarixlərində Şamaxı, Ağcabədi və Qəbələ rayonlarında dosent, fəlsəfə elmlər doktoru Sevda Axundova tərəfindən “Sosial mediada auditoriya yönümlü məzmun hazırlama və etik normalar”, Medianın İnkisafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı tərəfindən “Media savadlılığı” və fotojurnalist Vüqar İbadov tərəfindən “Fotojurnalistikanın mediada rolu və önəmi” mövzularında keçirilib.

Təlimlərin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Media ayı” çərçivəsində RİİB könüllüləri üçün təlimlərə başlanılıb
10 İyun 2024

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Media ayı”na start verilib.

Layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.

“Media ayı” çərçivəsində 10-12 iyun tarixlərində Şirvan, Mingəçevir və Lənkəranda videoqraf Oqtay Qasımov “Mediada rəqəmsal bacarıqlar: Effektiv video kontentin hazırlanmasının əsasları”, Medianın İnkisafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı “Media savadlılığı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə “Mediada yaradıcılıq və “storytelling” mövzularında təlim keçib.

Təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Şabran şəhərində region könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
31 May 2024
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən keçirilən təlimdə Şimal bölgəsində fəaliyyət göstərən  könüllülər iştirak etmişdir.
 
Qeyd edək ki, keçirilən təlimin məqsədi
- gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi;
- media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması;
- yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı bilik və bacarıqların aşılanması;
- cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
 
 
 
Könüllü və gənclər təşkilatlarının gənclərlə iş üzrə məsul şəxsləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
23 Dekabr 2023
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova  tərəfindən “Media savadlılığı” həftəsi çərçivəsində
MEDİA Agentliyi və AKTİ-nin birgə təşkilatçılığı ilə könüllü və gənclər təşkilatlarının gənclərlə iş üzrə məsul şəxsləri üçün təlimçilər üçün təlim (TOT) fotmatında təlim təşkil edilmişdir.
 
Təlimdə  iştirakçılara media savadlılığı anlayışı, kütləvi informasiya vasitələrində yayımlanan məlumatların analizi və medianın cəmiyyətə təsiri, dezinformasiya və onun müəyyən edilmə üsulları haqqında məlumat verilib.
 
Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, iştirakçıların ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.
 
“Media savadlılığı” həftəsi çərçivəsində Şamaxıda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
22 Dekabr 2023
Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərinin müavini və media savadlılığı üzrə ekspert Feyza Gizligider Şamaxıda yaşayan 100-ə yaxın gənc üçün media savadlılığı mövzusunda təlim keçmişdir.
 
Qeyd edək ki, keçirilən təlimin məqsədi gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, gənclərin media savadlılığı ilə bağlı fərqindəliyin artırılması və dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal media mühitində məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
Gəncə-Qazax regionunda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
12 Noyabr 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən keçirilən təlimdə Gəncə-Qazax regionunda fəaliyyət göstərən könüllülər iştirak etmişdir.

Qeyd edək ki, keçirilən təlimin məqsədi
- gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi;
- media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması;
- yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı bilik və bacarıqların aşılanması;
- cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
Cənub regionunda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
06 Oktyabr 2023
Lənkəran şəhərində  könüllülər üçün keçirilən “Media savadlılığı” mövzusunda təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı nədir?”, “Media savadlılığının cəmiyyətin maarifləndirilməsində rolu və yaratdığı nəticələr”, “Saxta xəbərlərin aşkarlanması”, “Yanlış məlumat və dezinformasiya”, “Media savadlılığı və rəqəmsal media mühiti” və digər mövzular ətrafında interaktiv müzakirə təşkil edilib.
 
Təlimin məqsədi gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqların aşılanması, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
 
Finlandiyalı mütəxəssislərin iştirakı ilə “Media və hibrid təhdidlər“ mövzusunda seminar təşkil olunub
19 İyun 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-dən çox media subyektinin nümayəndələri üçün Finlandiyanın media və böhran kommunikasiyası üzrə ekspertləri tərəfindən "Media və hibrid təhdidlər" mövzusunda seminarlar təşkil olunub.

İki gün davam edən seminarlarda Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və  Fövqəladə Təchizat Təşkilatı “Mediapooli”də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen “Media savadlılığı”, “Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr”, “Keçid periodunda media”, “İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər”, “Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə”, “İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması”, “Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili”, “Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən” və s. mövzularda çıxış edib. Eyni zamanda seminar çərçivəsində “Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili”, “Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?” mövzusunda vörkşop təşkil edilib. Seminarların yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

“MEDİAlab” layihəsi çərçivəsində gənclər üçün “Media savadlılığı“ mövzusunda təlim keçilib
26 May 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün  ADA Universitetində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi tərəfindən "Media savadlılığı" mövzusunda təlim keçilib.

  İnteraktiv formada təşkil edilən təlim zamanı  rəqəmsal savadlılıq və media savadlılığı, jurnalistikada etika, sosial texnologiya dünyasında jurnalistika və digər mövzulara toxunulub.

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı təşkil edilib
22 May 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı təşkil edilib.

Təlimlərin keçirilməsində əsas məqsəd jurnalistlərin və təhsil işçilərinin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir. İki gün davam edən təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd təhsil və media, kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı, tənqidi dəyərləndirmə, təhlil aparma qabiliyyəti, yeni media mühitindəki tendensiyalar və digər mövzularla bağlı öz təcrübələrini bölüşüb.

 

Müdafiə Nazirliyinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Media savadlılığı” mövzusunda seminar keçirilib
11 Fevral 2023

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə Şəxsi Heyət Baş İdarəsində “Media savadlılığı” mövzusunda seminar keçirilib.

Kütləvi informasiyanın məzmunu, ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə və təhlil qabiliyyəti barədə müzakirələr edilib.

Tədbirdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, informasiya və rəqəmsal media savadlılığının artırılmasına dair ətraflı fikir mübadiləsi aparılıb.

Region könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
11 Noyabr 2022

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən Quba və ətraf rayonlarda yaşayan könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunub.

Təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı nədir?”, “Media savadlılığının cəmiyyətin maarifləndirilməsində rolu və yaratdığı nəticələr”, “Saxta xəbərlərin aşkarlanması”, “Yanlış məlumat və dezinformasiya”, “Media savadlılığı və rəqəmsal media mühiti” və digər mövzular əhatə olunub və interaktiv oyunlar təşkil edilib.

RİİB və MEDİA könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
04 Oktyabr 2021

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dəstəyi ilə oktyabrın 3-də könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunub.

Təlimin fəxri qonağı olan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyinidən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Təlimçi “AzVision.az” saytının baş redaktoru, Real TV-nin siyasi şərhçisi və aparıcısı Vüsal Məmmədov “Media savadlılığı” mövzusunda nəzəri biliklərini və təcrübəsini könüllülərlə paylaşıb. Vüsal Məmmədov könüllülərə informasiyanın yaratdığı sosial reallıqdan, dezinformasiya ilə doğru informasiyanın ayırd edilməsi yollarından, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşmasından, həmçinin sosial mediadan düzgün istifadə qaydalarından danışıb.

 

MEDİA könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunur
15 Sentyabr 2021

Ümumilikdə 100-ə yaxın MEDİA könüllüsünün iştirak etdiyi 4 proqram müddətində onlar üçün MEDİA Agentliyinin əməkdaşı Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova tərəfindən  “Media savadlılığı” mövzusunda təlimlər təşkil olunub.

Təlimlərdə könüllülərə media savadlılığı anlayışı, kütləvi informasiya vasitələrində yayımlanan məlumatların analizi və medianın cəmiyyətə təsiri haqqında məlumatlar verilib.