Cənub regionunda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib

Cenub regionunda konulluler ucun “Media savadliligi” movzusunda telim kecirilib
Lənkəran şəhərində  könüllülər üçün keçirilən “Media savadlılığı” mövzusunda təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı nədir?”, “Media savadlılığının cəmiyyətin maarifləndirilməsində rolu və yaratdığı nəticələr”, “Saxta xəbərlərin aşkarlanması”, “Yanlış məlumat və dezinformasiya”, “Media savadlılığı və rəqəmsal media mühiti” və digər mövzular ətrafında interaktiv müzakirə təşkil edilib.
 
Təlimin məqsədi gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqların aşılanması, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.