"Media Savadlılığı" konfransı

9 dekabr, 2022
Konfrans haqqında ümumi məlumat

 

Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətin media savadlılığı mövzusunda məlumatlılığını artırmaq, gənclərin rəqəmsal media bacarıqlarını təkmilləşdirmək, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, axtarış aparmaq, təhlil etmək, tənqidi qiymətləndirmək bacarığını inkişaf etdirmək, düzgün rəqəmsal bacarıqları formalaşdırmaq və gəncləri medianın ağıllı istehlakçılarına çevirmək məqsədilə hər il mütəmadi olaraq “Media Savadlılığı” Konfransı təşkil edilir.

Konfransın əsas məqsədləri
01
Həvəsləndirmək
Həvəsləndirmək
Media savadlılığının artırılması istiqamətində gənclərin məlumatlılıq səviyyəsi və maraqlarını artırmaq
02
Araşdırmaq
Araşdırmaq
Yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları anlamaq
03
Əlaqələndirmək
Əlaqələndirmək
İstehsalçı, istehlakçı, sahə üzrə ekspertlər və digər tərəflər arasında müzakirə və mübadilə mühiti formalaşdırmaq
04
Aktivləşdirmək
Aktivləşdirmək
Əldə olunan bilik və bacarıqların tətbiqini təmin etmək