“Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib

“Genclerin ictimai ve sosial inkisafinda media savadliliginin ehemiyyeti” movzusunda  panel sessiya kecirilib

Konfrans çərçivəsində “ASAN Radio”nun direktoru Emin Musavinin moderatorğulu ilə “Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti” mövzusunda ikinci panel sessiya keçirilib. Panel sessiyada Emin Musavi MEDİA Agentliyi ilə birgə həyata keçirilən “Smart media” layihəsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, media savadlılığının artırılması medianın mənfi nəticələrini minimuma endirmək, rəqəmsal platformalarda iştirakın potensial zərərli təsirlərini azaltmaq, eləcə də gənclərə rəqəmsal dünyada tənqidi istehlakçılar və yaradıcılar olmağa kömək etmək üçün ən əsas alətlərdəndir.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, qlobal informasiya mühitinin modernləşməsi bir çox həssas istifadəçi qrupları, yəni uşaq, yeniyetmə və gəncləri medianın mənfi təsirlərinin birbaşa hədəfi halına gətirir. Ona görə də, beynəlxalq təcrübədə bu sahədə görülən işlər ilkin olaraq gənclər üçün maarifləndirmə və təhsil proqramlarının icrası istiqamətindədir.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva media savadlılığı bacarıqlarının artırılmasının məqsədindən, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev son illərdə ölkədə informasiya kommunikasiya texnologiyaları sektorunun sürətlə və dinamik şəkildə inkişaf etməsinin gənclər arasında media savadlılığının artırılmasını, bununla bağlı koordinasiyalı tədbirlərin görülməsini zəruri etdiyini vurğulayıb.