Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlaması

Azerbaycan Respublikasinin Medianin Inkisafi Agentliyinin ve Heyder Eliyev Beynelxalq Aeroportunun aciqlamasi
Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.
Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.
Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.
Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.