Naxçıvan Muxtar Respublikasında region könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən keçirilən təlimdə Naxçıvanda fəaliyyət göstərən könüllülər iştirak etmişdir.
Qeyd edək ki, keçirilən təlimin məqsədi
-gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi;
-media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması;
-yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı bilik və bacarıqların aşılanması;
-cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.