“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Xankəndi şəhərində görüş keçirilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Xankəndi şəhərində görüş keçirilib.
Qarabağ Universitetində keçirilən görüşdə Medianın İnkişafı Agentliyinin əməkdaşı Aynur Zeynallı, “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı iştirakçıları salamlayaraq belə tədbirlərin gənclərin media savadlılığının artırılmasına, informasiya cəmiyyətində fəallıqlarının yüksəlməsinə və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər.