“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib.

“Milli Metbuat 150 – Reqemsal erada gencler ve media savadliligi” layihesi cercivesinde Lenkeran seherinde gorus kecirilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib.
Görüşdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Əkbər Mikayılov, Gənclər Fondunun Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Təbriz Rzayev iştirakçıları salamlayaraq bu cür tədbirlərin gənclərin media savadlılığının artırılmasına, informasiya cəmiyyətində fəallıqlarının yüksəlməsinə və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər.
Daha sonra “Report” İnformasiya Agentliyinin cənub bürosunun müxbiri Asəf Əhmədov media tarixinin inkişaf mərhələləri, ictimai rəyin formalaşmasında informasiya vasitələrinin əhəmiyyəti və peşəkar jurnalistikanın əsas prinsiplərihaqqında bəhs edərək iştirakçılara etibarlı məlumat mənbələrinin seçilməsi ilə bağlı praktik məlumatlar verib.
Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.