Təlim haqqında ümumi məlumat

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən müasir cəmiyyətdə məlumat etibarlılığının müəyyən edilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, xüsusilə məlumatların təsir əhatəsində olan və həssas istifadəçi qrupu hesab edilən gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçılarının məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq media savadlılığı mövzusunda təlimlər təşkil olunur.

Agentliyin 10-a yaxın yerli və beynəlxalq təlimçilərin iştirakı ilə təşkil etdiyi müxtəlif təlimlərdə cari müddətə qədər 400-ə yaxın media nümayəndəsi və gənclər iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasında region könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib.
04 Oktyabr 2024

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən keçirilən təlimdə Naxçıvanda fəaliyyət göstərən könüllülər iştirak etmişdir.

Qeyd edək ki, keçirilən təlimin məqsədi
-gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi;
 -media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması;
-yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı bilik və bacarıqların aşılanması;
-cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.

Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.

Medianın İnkişafı Agentliyi və RİİB-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Media ayı”nın təlimləri davam etdirilir
13 İyun 2024

Növbəti təlimlər 13-20 iyun tarixlərində Şamaxı, Ağcabədi və Qəbələ rayonlarında dosent, fəlsəfə elmlər doktoru Sevda Axundova tərəfindən “Sosial mediada auditoriya yönümlü məzmun hazırlama və etik normalar”, Medianın İnkisafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı tərəfindən “Media savadlılığı” və fotojurnalist Vüqar İbadov tərəfindən “Fotojurnalistikanın mediada rolu və önəmi” mövzularında keçirilib.

Təlimlərin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Media ayı” çərçivəsində RİİB könüllüləri üçün təlimlərə başlanılıb
10 İyun 2024

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Media ayı”na start verilib.

Layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.

“Media ayı” çərçivəsində 10-12 iyun tarixlərində Şirvan, Mingəçevir və Lənkəranda videoqraf Oqtay Qasımov “Mediada rəqəmsal bacarıqlar: Effektiv video kontentin hazırlanmasının əsasları”, Medianın İnkisafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı “Media savadlılığı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə “Mediada yaradıcılıq və “storytelling” mövzularında təlim keçib.

Təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Şabran şəhərində region könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
31 May 2024
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən keçirilən təlimdə Şimal bölgəsində fəaliyyət göstərən  könüllülər iştirak etmişdir.
 
Qeyd edək ki, keçirilən təlimin məqsədi
- gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi;
- media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması;
- yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı bilik və bacarıqların aşılanması;
- cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
 
 
 
Könüllü və gənclər təşkilatlarının gənclərlə iş üzrə məsul şəxsləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
23 Dekabr 2023
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova  tərəfindən “Media savadlılığı” həftəsi çərçivəsində
MEDİA Agentliyi və AKTİ-nin birgə təşkilatçılığı ilə könüllü və gənclər təşkilatlarının gənclərlə iş üzrə məsul şəxsləri üçün təlimçilər üçün təlim (TOT) fotmatında təlim təşkil edilmişdir.
 
Təlimdə  iştirakçılara media savadlılığı anlayışı, kütləvi informasiya vasitələrində yayımlanan məlumatların analizi və medianın cəmiyyətə təsiri, dezinformasiya və onun müəyyən edilmə üsulları haqqında məlumat verilib.
 
Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, iştirakçıların ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.
 
“Media savadlılığı” həftəsi çərçivəsində Şamaxıda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
22 Dekabr 2023
Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərinin müavini və media savadlılığı üzrə ekspert Feyza Gizligider Şamaxıda yaşayan 100-ə yaxın gənc üçün media savadlılığı mövzusunda təlim keçmişdir.
 
Qeyd edək ki, keçirilən təlimin məqsədi gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, gənclərin media savadlılığı ilə bağlı fərqindəliyin artırılması və dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal media mühitində məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
Gəncə-Qazax regionunda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
12 Noyabr 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən keçirilən təlimdə Gəncə-Qazax regionunda fəaliyyət göstərən könüllülər iştirak etmişdir.

Qeyd edək ki, keçirilən təlimin məqsədi
- gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi;
- media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması;
- yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı bilik və bacarıqların aşılanması;
- cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
Cənub regionunda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
06 Oktyabr 2023
Lənkəran şəhərində  könüllülər üçün keçirilən “Media savadlılığı” mövzusunda təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı nədir?”, “Media savadlılığının cəmiyyətin maarifləndirilməsində rolu və yaratdığı nəticələr”, “Saxta xəbərlərin aşkarlanması”, “Yanlış məlumat və dezinformasiya”, “Media savadlılığı və rəqəmsal media mühiti” və digər mövzular ətrafında interaktiv müzakirə təşkil edilib.
 
Təlimin məqsədi gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqların aşılanması, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.
 
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
 
 
Finlandiyalı mütəxəssislərin iştirakı ilə “Media və hibrid təhdidlər“ mövzusunda seminar təşkil olunub
19 İyun 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-dən çox media subyektinin nümayəndələri üçün Finlandiyanın media və böhran kommunikasiyası üzrə ekspertləri tərəfindən "Media və hibrid təhdidlər" mövzusunda seminarlar təşkil olunub.

İki gün davam edən seminarlarda Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və  Fövqəladə Təchizat Təşkilatı “Mediapooli”də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen “Media savadlılığı”, “Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr”, “Keçid periodunda media”, “İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər”, “Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə”, “İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması”, “Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili”, “Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən” və s. mövzularda çıxış edib. Eyni zamanda seminar çərçivəsində “Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili”, “Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?” mövzusunda vörkşop təşkil edilib. Seminarların yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

“MEDİAlab” layihəsi çərçivəsində gənclər üçün “Media savadlılığı“ mövzusunda təlim keçilib
26 May 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün  ADA Universitetində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi tərəfindən "Media savadlılığı" mövzusunda təlim keçilib.

  İnteraktiv formada təşkil edilən təlim zamanı  rəqəmsal savadlılıq və media savadlılığı, jurnalistikada etika, sosial texnologiya dünyasında jurnalistika və digər mövzulara toxunulub.

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı təşkil edilib
22 May 2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı təşkil edilib.

Təlimlərin keçirilməsində əsas məqsəd jurnalistlərin və təhsil işçilərinin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir. İki gün davam edən təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd təhsil və media, kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı, tənqidi dəyərləndirmə, təhlil aparma qabiliyyəti, yeni media mühitindəki tendensiyalar və digər mövzularla bağlı öz təcrübələrini bölüşüb.

 

Müdafiə Nazirliyinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Media savadlılığı” mövzusunda seminar keçirilib
11 Fevral 2023

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə Şəxsi Heyət Baş İdarəsində “Media savadlılığı” mövzusunda seminar keçirilib.

Kütləvi informasiyanın məzmunu, ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə və təhlil qabiliyyəti barədə müzakirələr edilib.

Tədbirdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, informasiya və rəqəmsal media savadlılığının artırılmasına dair ətraflı fikir mübadiləsi aparılıb.

Region könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
11 Noyabr 2022

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən Quba və ətraf rayonlarda yaşayan könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunub.

Təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı nədir?”, “Media savadlılığının cəmiyyətin maarifləndirilməsində rolu və yaratdığı nəticələr”, “Saxta xəbərlərin aşkarlanması”, “Yanlış məlumat və dezinformasiya”, “Media savadlılığı və rəqəmsal media mühiti” və digər mövzular əhatə olunub və interaktiv oyunlar təşkil edilib.

RİİB və MEDİA könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
04 Oktyabr 2021

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dəstəyi ilə oktyabrın 3-də könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunub.

Təlimin fəxri qonağı olan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyinidən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Təlimçi “AzVision.az” saytının baş redaktoru, Real TV-nin siyasi şərhçisi və aparıcısı Vüsal Məmmədov “Media savadlılığı” mövzusunda nəzəri biliklərini və təcrübəsini könüllülərlə paylaşıb. Vüsal Məmmədov könüllülərə informasiyanın yaratdığı sosial reallıqdan, dezinformasiya ilə doğru informasiyanın ayırd edilməsi yollarından, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşmasından, həmçinin sosial mediadan düzgün istifadə qaydalarından danışıb.

 

MEDİA könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunur
15 Sentyabr 2021

Ümumilikdə 100-ə yaxın MEDİA könüllüsünün iştirak etdiyi 4 proqram müddətində onlar üçün MEDİA Agentliyinin əməkdaşı Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova tərəfindən  “Media savadlılığı” mövzusunda təlimlər təşkil olunub.

Təlimlərdə könüllülərə media savadlılığı anlayışı, kütləvi informasiya vasitələrində yayımlanan məlumatların analizi və medianın cəmiyyətə təsiri haqqında məlumatlar verilib.