Qlobal informasiya cəmiyyətində rəqəmsal texnologiyaya sürətli keçid, media mühitinin müasirləşməsi, rəqəmsal kommunikasiya və informasiya texnologiyalarının tətbiqi və digər yeniliklər yeni media mühitinin formalaşmasına gətirib çıxarmışdır.
Media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə media məlumatlarının axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcədə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir. Belə ki, media savadlılığı istehlak olunan və yaradılan məlumatlar haqqında tənqidi düşünmə bacarığıdır.
Həm fakt, həm fikir ictimaiyyətə ətrafda baş verən hadisələri və əldə olunan məlumatları anlamağa kömək edən vasitədir. Lakin faktlar baş verən və ya mövcud hadisə və ya məlumatların dəqiq ifadəsidir, fikir isə adətən fərdlərin nöqteyi-nəzərindən yaranır.
İnformasiya bolluğu şəraitində cəmiyyət üçün kifayət qədər önəm kəsb edən informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, məlumatlar üzrə axtarış aparmaq və təhlil etmək, doğru məlumatı yanlış məlumatdan ayırmaq üçün media savadlı olmağa ehtiyac var.
- İstifadəçilər şəxsi məlumatlarının müxtəlif tərəflərlə paylaşılması risklərini, bu məlumatların başqaları tərəfindən necə istifadə oluna biləcəyini anlamalı və məxfiliklərini qorumaq üçün tədbirlər görməli;
- İstifadəçilər informasiya mühitini anlamalı və onlayn platformalardakı fəaliyyətlərini buna uyğun olaraq düzgün yönləndirməli;
- İstifadəçilər məzmunun necə yaradıldığını anlamalı və istehlak etdikləri məzmuna tənqidi yanaşmağı bacarmalı;
- İstifadəçilər hansısa məzmun istehsal və ya istehlak edən zaman bu fəaliyyətdən yaranan nəticələri nəzərdən keçirməlidirlər.
Etibarlı mənbə dedikdə etibarlı informasiya agentlikləri, qəzetlər dövlət orqanlarının (qurumlarının) rəsmi saytları, akademik jurnallar və akademik mənbələrdə nəşr olunan elmi məqalələr, müvafiq mövzu üzrə ixtisaslaşan mütəxəssislər tərəfindən verilən məlumatlar nəzərdə tutulur.
Tənqidi düşüncə, qərarlarınızı, hərəkətlərinizi və inanclarınızı istiqamətləndirmək üçün məlumat, təcrübə, müşahidə və əsaslandırmadan düzgün istifadə etməklə rasional şəkildə düşünmək qabiliyyətidir. Məlumat toplamaq, təhlil etmək və qiymətləndirmək vacib bir bacarıqdır və insanlar məlumata tənqidi yanaşan zaman
- Məlumatın müəllifi kimdir?
- Hansı mənbəyə istinad edib?
- Bu məlumatın paylaşılmasının məqsədi nədir?
kimi suallara cavab taparaq həmin məlumatı qiymətləndirmələri məqsədəuyğun hesab olunur.
Dezinformasiya - auditoriyanı aldatmaq və ya çaşdırmaq məqsədi ilə yalan və ya manipulyasiya edilmiş məlumatın qəsdən yaradılması və/və ya paylaşılmasıdır. Yanlış məlumat (misinformation) - səhvən və bilməyərəkdən yaranan və yayılan məlumatdır. Feyk nyus - faktlara istinad etməyən, uydurma və tərəfindən təsdiqi olmayan xəbərdir.
- Media məzmununu müstəqil mühakimə etməyə imkan verən tənqidi düşünmə bacarığı;
- Kütləvi kommunikasiya prosesinin başa düşülməsi; Medianın fərd və cəmiyyətə təsirinin dərk edilməsi;
- Media mesajlarını təhlil etmək və müzakirə etmək bacarığının inkişaf etdirilməsi;
- Effektiv və məsuliyyətli media məzmunu hazırlamaq bacarığı.
Saxta xəbərlərlə qarşılaşdıqda onu paylaşmaqdan qaçınmaq, həmçinin məlumatın aid olduğu mənbələrlə əlaqəyə keçərək müvafiq məlumatda düzəlişlərin edilməsi üçün xəbərdarlıq etmək məqsədə uyğundur.
Valideynlər və tərbiyəçilər media məzmununu və onların təsirini müzakirə etməklə, tənqidi düşüncə və təhlili modelləşdirməklə, mediadan istifadə ilə bağlı sərhədlər və qaydalar müəyyən etməklə uşaqlarda media savadının inkişafına dəstək verə bilərlər.